AzTU-da Bilik Günü tədbiri keçirilib- ÖZƏL
Bu gün Azərbaycan Texniki Universitetində (AzTU) Bilik Günü tədbiri keçirilib.
AZpress.AZ xəbər verir ki, əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstünün önünə güllər düzülüb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
AzTU-nun rektoru Vilayət Vəliyev universitetə yeni qəbul olunan tələbələri təbrik edib, onlara təhsil həyatlarında və fəaliyyətlərində uğurlar arzulayıb. Rektor qeyd edib ki, bu il AzTU-nun bakalavriat səviyyəsinə 1887, magistratura səviyyəsinə isə 1604 tələbə qəbul olunub. Vilayət Vəliyev həmçinin AzTU-nun təhsil mühiti, tələbələrə yaradılan şərait, sosial həyat və iş imkanları barədə də məlumat verib. Daha sonra qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən 16 tələbənin təltifetmə mərasimi olub. AzTU-ya ən yüksək balla qəbul olunmuş Fatimə Fəttayeva (İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsi, 646.8 bal) çıxış edərək onun uğurlu olmasında imzası olan hər kəsə təşəkkür edib və bildirib ki, AzTU-da əsas hədəfi ixtisası üzrə peşəkar kadr kimi yetişmək, Vətənə fayda verməkdir.
Foto-reportaj: Araz Məmmədov
(Bildiririk ki,
-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasia Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz:
+99451 899 8887 -Araz Məmmədov)


