Oğlanlardan ibarət U-17 voleybol yığmamız MDB oyunlarına qələbəylə başlayıb
Ölkəmizdə 8 ölkə idmançılarının iştirakı ilə keçirilən üçüncü MDB Oyunlarında 17 yaşlı oğlanların voleybol yarışlarına bu gün start verilib. U-17 millimiz ilk matçını Qırğızıstan komandasına qarşı keçirib. Gəncə Olimpiya İdman Kompleksində baş tutan həmin oyunda Azərbaycan millisi rəqibinə bir şet belə vermədən qalib gəlib - 3:0 (25:16, 25:21, 30:28). Hesabdan da göründüyü kimi, matçın xalaxal prinsipi üzrə davam edən üçüncü seti daha gərgin keçib.
Bu gün eyni məkanda Rusiya komandası isə Özbəkistan millisini 3:1 hesabla üstələyib.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



