Voleybolçuların ölkə çempionatına az qalıb
Oktyabrın 14-də kişi və qadın voleybol klublarının mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında 2025-2026-ci illər mövsümünə start veriləcək. Azərbaycan Voleybol Federasiyasından (AVF) verilən məlumata görə, qadınların çempionatında 9, kişilərin yarışında isə 6 klub mübarizə aparacaq.
Yeni mövsümdə ilk olaraq qadın voleybolçular meydana çıxacaqlar.
Turun ilk oyunu oktyabrın 14-də Gəncə Olimpiya İdman Kompleksində yerli "Gəncə" ilə "AZERRAİL" arasında baş tutacaq (saat 15:00).
Ertəsi gün isə, AVF-nin idman zalında "DH Volley" ilə "Abşeron" qarşılaşacaq (saat 15:00).
Elə həmin gün saat 15:00-da isə UNEC-in idman zalında eyniadlı klub "Milli Aviasiya Akademiyası"ni qəbul edəcək.
Oktyabrın 16-da isə kişi voleybolçulardan ibarət klubların analoji yarışı başlayacaq.
Saat 15:00. "Neftçi" - ORDU. FHN-nin idman zalı;
Saat 15:00. "Murov Az Terminal" - "AZERRAİL". Murov Az Terminalın idman zalı.
İNTİQAM Məmmədov


