Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Seul ilk nüvə bunkerini tikir

Seul hakimiyyəti Cənubi Koreyanın paytaxtında 2028-ci ilə qədər nüvə hücumuna tab gətirə biləcək ilk mülki bomba sığınacağı tikməyi planlaşdırır.

AZpress.AZ “Reuters”-ə istinadən xəbər verir ki, layihə Şimali Koreyadan artan nüvə təhlükələri fonunda yerli hakimiyyət orqanlarının təşəbbüsü ilə həyata keçirilib.

Şəhər hökumətinin sözçüsü sığınacağın ictimai yaşayış kompleksinin altında tikiləcəyini açıqladı.

"Seul Böyükşəhər Hökuməti və Seul Housing and Communities Corp. nüvə, bioloji və ya kimyəvi hücumlardan qorunmaq üçün nəzərdə tutulmuş 999 ev üçün bomba sığınacağı tikəcək" dedi.

Sığınacaq 2147 kvadratmetr ərazini əhatə edəcək, eyni vaxtda 1020 nəfəri qəbul edə biləcək və 14 gün ərzində muxtar yaşayışı təmin edəcək.

Bundan əvvəl Pxenyanda keçirilən hərbi paradda Şimali Koreya nüvə başlıqları daşıya bilən və həm Cənubi Koreya, həm də ABŞ-dakı hədəfləri vura bilən ən yeni qitələrarası ballistik raketini nümayiş etdirib.

Hazırda Cənubi Koreyada təxminən 19.000 bomba sığınacağı var, onlardan 3.200-dən çoxu Seulda yerləşir. Lakin onların əksəriyyəti nüvə, kimyəvi və ya bioloji hücumlardan qorunmaq üçün nəzərdə tutulmayıb, metrolarda, yeraltı dayanacaqlarda, yaşayış və ticarət binalarının zirzəmilərində yerləşir.

Best coffeeshop in Berlin