Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Heydər Əliyev və müstəqil dövlət quruculuğu” – Masallıda tədbir 

     

Masallı rayon Heydər Əliyev Mərkəzində 18 Oktyabr – Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə “Heydər Əliyev və müstəqil dövlət quruculuğu” mövzusunda dəyirmi masa təşkil olunub.
     Tədbirdə Çaxırlı və Xallıcalı kənd tam orta məktəblərinin müəllim və şagird kollektivi iştirak edib.
     Heydər Əliyev Mərkəzinin və Masallı rayon Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi şagirdlərə Azərbaycanın dövlət müstəqilliyinin tarixi əhəmiyyətini çatdırmaq, gənc nəslin milli dəyərlərə bağlılığını və vətənpərvərlik ruhunu gücləndirmək olub.
    Dəyirmi masa zamanı 1991-ci ilin oktyabrında qəbul olunmuş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının siyasi və tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilib.
    Qodman kənd kitabxana filialının müdiri Sevənə Mənsimova çıxış edərək Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın qurulması və möhkəmləndirilməsi istiqamətində göstərdiyi xidmətlərdən danışıb.
   Tədbirin sonunda iştirakçılar Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Şagirdlər Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş ekspozisiya ilə tanış olub, ölkənin müasir inkişaf mərhələləri haqqında məlumat əldə ediblər.

 

Akif AĞAYEV

Best coffeeshop in Berlin