Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycanın kişi cüdo yığması Meksika Qran-Prisində 9 medalla birinci olub 

Meksikanin Qvadalaxara şəhərində kişilər arasında cüdo üzrə kecirilən və Azərbaycan yiqmasinin da iştirak etdiyi Qran-Priyə yekun vurulub. Qeyd edək ki, turnirin ilk iki günündə olduğu kimi son gündə də millimizin üzvləri ikisi qızıl və biri bürünc əyarlı olmaqla daha üç medal qazanıblar. Bununla da Azərbaycan komandasının aktivindəki medalların sayı 9-a (6-0-3) çatıb. Bu nəticə ilə Azərbaycan komandası 33 iştirakçı arasında birinci yeri tutub.

Son günün qızıl medallarını Olimpiya çempionumuz Zelim Kotsayev (100 kq) və Uşanqi Kokuari (+100 kq), yeganə bürünc medalı isə Murad Fətiyev (90 kq) qazanıb.

Kotsayev həlledici finalda italiyalı Gennaro Prellini,  Kokuari çexiyalı Olimpiya çempionu Lukas Krpelakini məqlub edib. Çıxışını üçüncü yerdə bitirən Fətiyev isə bürünc medal uğrunda Kalecky Adamı (Çexiya) üstələyib.

Turnirin əvvəlki günlərində isə çempion adını Balabəy Aqayev (60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq) və Vüsal Qələndərzadə (81 kq), bürünclərisə Əhməd Yusifovla (60 kq) Rəşid Məmmədəliyev (73 kq) qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin