Taekvondoçumuz Qaşım Maqomedov dünya üçüncüsü olub
Çinin Uşi şəhərində kişi və qadınlar arasında taekvondo üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də (7 kişi, 2 qadın) iştirak etdiyi dünya çempionatına yekun vurulub.
ATF-dən verilən məlumata görə, mundial millimizin üzvü, Olimpiya mükafatçısı və Avropa çempionu adını daşıyan Qaşım Maqomedov üçün uğurlu olub. O, çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb. Maqomedov fəxri kursuyə gedən yolda dünyanın ən tanınmış taekvondocularini, o cümlədən, hindistanlı Abdul Vahidi (2:1), özbəkistanli Omonjon Otajonovu (2:0), serbiyali Lev Kornoyevi (2:1) və Türkiyə təmsilçisi Yusif Badəmi (2:1) məqlub edib.
İNTİQAM Məmmədov


