Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU-da funksional nanohissəciklərin biotibbdə tətbiqinə dair tədqiqatlar aparılıb

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyası, Nanomaterialların kimyəvi fizikası kafedrası və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə elmi seminar keçirilib.

Tədbirdə Nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı Aygün Mehdiyeva “Funksional nanohissəciklərə dərman yüklənməsi: müxtəlif yanaşmalar və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi funksional nanohissəciklər və onların biotibbi tətbiq sahələri ilə bağlı aparılmış ədəbiyyat araşdırmaları haqqında məlumat verib. O, Fe₃O₄ nanohissəciklərinin ünvanlı dərman daşınma sistemlərinin (ÜDDS) tələblərinə cavab verən formada dizayn olunması, həmçinin müasir nanotexnologiyanın əsas istiqamətlərindən biri kimi Fe₃O₄ əsaslı nanosistemlərin dizaynında qarşıya çıxan problemlər və optimallaşdırma yolları barədə danışıb.

Seminarda Qarabağ Universitetinin Mühəndislik fakültəsinin müəllimləri – fizika üzrə fəlsəfə doktoru Orxan Güləhmədov, Nərgiz Mehdiyeva və fakültənin “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil alan II kurs tələbələri də iştirak ediblər.

Elmi seminar müzakirələrlə davam edib.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111