Zəfər Bayramı münasibətilə veloyürüş keçiriləcək
Noyabrın 9-da paytax Bakıda Zəfər Bayramı münasibətilə veloyürüş keçiriləcək. Qeyd edək ki, Azərbaycan Velosiped İdmanı Federasiyası, Dənizkənarı Bulvar İdarəsi və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək veloyürüşun devizi "Bayrağımız zəfər simvolu, qürur mənbəyimizdir" olacaq.
Yürüş saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürəcək və Zəfər Parkında finiş edəcək.
AVİF-dən verilən məlumata görə, bu yürüşə media nümayəndələri də qatıla bilər. Özünü bu yürüşdə sınamaq istəyən, lakin velosipedi olmayan media nümayəndələri velosipedlə də təmin olunacaqlar.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



