Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yeniyetmə taekvondoçumuz Yaqut İsmayıllı Avropa üçüncüsü olub

Yunanıstanın paytaxtı Afinada yeniyetmə taekvondoçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi Avropa birinciliyi davam edir. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, birinciliyin növbəti günü yığmamızın daha bir üzvü uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Söhbət 29 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Yaqut İsmayıllıdan gedir. O, çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb.

Xatırladaq ki, birinciliyin ilk günündə isə çəkisi 53 kq olan taekvondoçumuz Elmir Səlimov ikinci yeri tutmaqla gümüş medal qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin