Ağcabədidə şəhid həkim Tariyel Salmanovun əziz xatirəsinə həsr olunmuş voleybol yarışının final oyunu keçirilib +FOTO=56
Ağcabədi rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının təşkilatçılığı ilə 8 Noyabr Zəfər gününə və şəhid Həkim Tariyel Salmanovun əziz xatirəsinə həsr olunmuş xəstəxana daxili voleybol yarışının final oyunu baş tutub.
Azpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə şura sədri Azad Hüseynov, Ağcabədi RMX PHŞ-nin direktoru Elnur Abdullayev və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova çıxış edərək yarış iştirakçılarını təbrik edib, şəhid həkimimizin xatirəsini dərin ehtiramla anıblar. Çıxış edən şəhid həkim Tariyel Salamanovun atası Allahverdi Salmanov oğlunun əziz xatirəsinə həsr olunmuş voleybol yarışının final oyununun keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən final oyununda Stomatologiya-laboratoriya şöbəsinin komandası, Təcili yardım və Poliklinika şöbəsinin komandası üzərində qalib gəlib.
Qeyd edək ki, yarış Ağcabədi Olimpiya İdman kompleksində keçirilib.
Qaliblərə kuboklar, medallar, diplom və hədiyyələr təqdim olunub.
Fotolar: Mais Amin
-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz:
+994503585041


