U-18 voleybol yığmalarımız EEVZA çempionatında
20-23 noyabr günlərində 18 yaşlı oğlan və qızlar arasında voleybol üzrə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçiriləcək. Yarış AVRO-2026-nın final mərhələsinə seçmə xarakteri daşıyacaq.
AVF-dən verilən məlumata görə, qızların yarışı Gürcüstanın Telavi, oğlanların analoji turniri isə Latviyanın Dauqavpils şəhərində təşkil olunacaq. Qızlarımız yer aldığı "A" qrupunda ev sahibi Gürcüstan və Polşa ilə üzləşəcək. Oqlanlardan ibarət U-18 millimiz isə "B" qrupunda Estoniya və Ukrayna ilə qarşılaşacaq.
Reqlamentə əsasən, qrup oyunları başa çatdıqdan sonra, A1 - B1 birinci yer uğrunda, A2 - B2 üçüncü və A3 - B3 qarşılaşmaları isə beşinci yer uğrunda olacaq.
Bu turnirin qalibi isə AVRO -2026-nın final mərhələsinə vəsiqə qazanacaq.
İNTİQAM Məmmədov


