Atletimiz Yekaterina Sarıyeva İslamiadada bürünc medal qazanıb
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən 6-cı İslamiadada dünən atletika yarışlarına start verilib. Atletlərimizdən ilk olaraq meydana çıxan Yekaterina Sarıyeva olub. O, üç təkanla tullanma yarışlarında 13,84 metr nəticə göstərməklə çıxışını üçüncü yerdə bitirib və bürünc medala layiq görülüb.
Bu onun karyerasında İslam Həmrəyliyi Oyunlarında qazandığı 4-cu medalı olub.
Xatırladaq ki, Sarıyeva İslamiada-2013-də qızıl, 2021-də gümüş və 2017-ci ildə Bakıda baş tutan Oyunlarda isə bürünc medal qazanıb.
İNTİQAM Məmmədov


