Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Qarabağ" İtaliyada "Neapoli"nin qonağı olacaq 

Noyabrın 25-də futbol üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində 5-ci turun oyunları keçiriləcək. Ölkəmizi bu turnirdə təmsil edən və Azərbaycan çempionu adını daşıyan "Qarabağ" klubu hesabat turu çərçivəsində İtaliyanın Neapol şəhərindəki Dieqo Armando Maradona adına stadionda yerli "Neapoli" (İtaliya çempionu) klubunun qonağı olacaq. Bakı vaxtı ilə saat 24:00-da başlanacaq oyunu çexiyalı referi Dominik Star idarə edəcək. Ona öz həmyerliləri Lukaş Slavicek və Yozef Suma (laysmanlar) kömək edəcək.

Yeri gəlmişkən, geridə qalan 4 turdan sonra "Qarabağ" 7 xalla 36 komanda arasında 12-ci yerdədir. İtaliya çempionu isə 4 xalla 24-cü pillədə yer alıb.

Yarış cədvəlində ilk onluqda vəziyyət belədir (Top-10):

1-3. "Bavariya", "Arsenal", "Inter" - hərəyə 12 xal, 4. "Mançester Siti" - 10 xal, 5-9. "Qalatasaray", "Liverpul", PSJ, "Nyukasl Yunayted", "Real" - hərəyə 9 xal, 10. 'Tottenhem" - 8 xal.

Turnirin bombardirləri:

1. Viktor Osimxan ("Qalatasaray") - 6 qol, 2-3. Erlinq Halann ('Mançester Siti"), Kilian Mbappe ("Real') - hərəyə 5 qol, 4-5. Lautaro Martines ("İnter"), Enton Qordon ("Nyukasl Yunayted") - hərəyə 4 qol. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin