Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallıda tədbir: “Milli-mənəvi dəyərlər, həmrəylik və humanizm” 

 

Masallıda “Milli-mənəvi dəyərlər, həmrəylik və humanizm” adlı sərgi və konsert keçirilib. 
Heydər Əliyev Mərkəzindəki tədbir rayon icra hakimiyyəti və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində gerçəkləşib.
“AZpress.AZ” İnformasiya Agentliyinin xüsusi müxbiri Akif Ağayev xəbər verir ki, tədbirdə rayon rəsmiləri, mədəniyyət işçiləri, idarə-müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə mərkəzin foyesində təşkil edilmiş kitab və rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. 
Tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli, 477 nömrəli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilib, ölkənin hər yerində olduğu kim Masallıda da bu mövzuda silsilə tədbirlər həyata keçirilir. 
Sonra tədbir maraqlı konsert proqramı ilə davam edib.
 

Best coffeeshop in Berlin