Cüdoçumuz Uşanqi Kokuari BƏƏ-də bürünc medal qazanıb
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişilər arasında cüdo üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı reytinq xarakterli "Böyük Dəbilqə" turnirinə noyabrın 30-da yekun vurulub.
ACF-dən verilən məlumata görə, turnirin son yığma komandamızın üzvü Uşanqi Kokuari (+100 kq) üçün uğurlu olub. O, çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb. Kokuari bürünc medal uğrunda görüşdə hollandiyalı Yur Staykersi ipponla məğlub edib. Bu Azərbaycan yığmasınin Dubayda qazandığı yeganə medal olub.
Digər cudocularimiza gəlincə, Əhməd Yusifov (60 kq), Murad Fətiyev (90 kq) və Camal Qamzatxanov (+100 kq) bürünc medal uğrunda görüşdə məğlub olaraq, çıxışını medalın bir addımlığında (5-ci yer) başa vurub.
İNTİQAM Məmmədov


