Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Dünyanın ən təmiz şəhəri müəyyənləşdi

Polşanın Krakov şəhəri 70.000-dən çox onlayn turist rəyinin təhlili əsasında 98,5% müsbət reytinqlə dünyanın ən təmiz şəhəri kimi tanınıb. 

Şarja (98.5%), Sinqapur (98%), Varşava (97.8%) və Doha (97.4%) da ən təmiz beş şəhəri tamamlayır. Mütəxəssislər Polşa şəhərlərinin uğurunu tullantıların idarə olunması sistemlərinə böyük investisiyalar və ictimai məkanların qorunması təşəbbüsləri ilə əlaqələndirirlər.

Budapeşt siyahının sonunda yer alıb və rəylərin təxminən 40%-i çirkliliyə istinad edib. Roma (35.7%), Las Veqas (31.6%), Florensiya (29.6%) və Paris (28.2%) də "anti-top" siyahısına daxil olub və tədqiqatda turist axınının yüksək olduğu tarixi mərkəzlərin təmizlik və nizam-intizamı qorumaqda çətinlik çəkdiyi vurğulanıb.

Təhlil son bir ildə hər bir şəhərin ən yaxşı 10 görməli yerinin "Google" rəylərinə əsaslanıb və hesabatın müəllifləri qeyd ediblər ki, nəticələr səyahətçilərə sanitariya rahatlığını nəzərə alaraq səyahətlərini planlaşdırmağa kömək edəcək.

Best coffeeshop in Berlin