Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şahmatçılar arasında ölkə çempionları müəyyənləşib

Respublika Şahmat Mərkəzində kişi və qadınlar arasında şahmatın rapid və blits növü üzrə keçirilən seçmə xarakterli Azərbaycan çempionatı başa çatıb. 4 gün davam edən çempionatda 32 kişi və 20 qadın şahmatçı mübarizə aparıb. Həm kişilərin, həm də qadınları yarısında iştirakçılar İsveçrə sistemi üzrə olmaqla hər iki növdə 9 turda özlərini sınayıblar. Qadınların yarışında qalib adını tanınmış şahmatçı Türkan Məmmədyarova qazanib. Qeyd edək ki, rapid yarışında 1-ci, blitsdə isə 4-cü olan Türkan toplam 13 xal toplayıb. Sumqayıt təmsilçisi Mələk İsmayıl da toplan onunla eyni xala sahib olub. Lakin əlavə əmsallara görə Mələk ikinci yerlə kifayətlənib. Qeyd edək ki, ilk üçlüyü 12 xalla Ləman Hacıyevanın tamamladığı bu yarışda 4-5-ci yerləri isə müvafiq olaraq Nərmin Abdulova ilə Ayan Allahverdiyeva tutub. 

Qazanılan mükafata gəlincə, qalib 1500, ikinci yerin sahibi 1000, üçüncü yeri tutan 700 manat qazanıb. 4-5-ci yerin sahibl isə müvafiq olaraq 500 və 300 manat mükafat qazanıb.

Kişilərin yarışında isə qalib adını yığmanın liderlərindən biri olan Rauf Məmmədov qazanıb. O, 14 xalla bütün rəqiblərini geridə qoyub. İkinci yeri Murad İbrahimli (13 xal) tutub. Hərəyə 12,5 xal toplayan Riad Səmədovla Aydın Süleymanlı isə müvafiq olaraq, 3-4-cu yerləri bölüşüb. İlk beşliyi 11,5 xalla Məhəmməd Muradlı tamamlayıb. Mükafata gəlincə, çempion 2500, vitse-cempion 1500 manat qazanıb. Üçüncü yerin sahibi 1000, dördüncü olan 600, besinci yeri tutan şahmatçı isə 400 manat əldə edib. 

Çempionatın əsasnaməsinə uyğun olaraq, həm kişilərin, həm də qadınları  yarısında ilk üç yeri tutan şahmatçılar dünya çempionatına vəsiqə qazanıb. Dünya çempionatı 25-31 noyabr günlərində Qətərin paytaxtı Dohada keçiriləcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin