Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Xilasedici" kişi voleybol klubu evdə "Lindemans"a uduzub

Dekabrın 9-da kişi voleybol klublarının çıxış etdiyi Çelenç Kubokunda 1/16 final mərhələsinin ilk oyunları keçirilib. Ölkəmizi sözügedən turnirdə təmsil edən "Xilasedici" klubu həmin gün evdə Belçikanın "Lindemans" klubunu qəbul edib. FHN-in Sağlamlıq İdman Kompleksində baş tutan görüşdə qonaq komanda quru hesablı qələbə qazanıb - 0:3 (17:25, 22:25, 23:25).

Cavab oyunu 2026-ci il yanvarın 6-da Belçikada keçiriləcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin