Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Səkkiz boksçumuz Dünya Çempionatının dörddəbir finalında medallar uğrunda mübarizəni davam etdirir

BƏƏ-nin Dubay şəhərində keçirilən Dünya Çempionatının dörddəbir finalında səkkiz Azərbaycan boksçusu mübarizə aparacaq.

Bu barədə Azərbaycan Boks Federasiyası məlumat verib.

Daha iki Azərbaycan idmançısı 1/8 finalda qalib gəlib.

Maqsud Xasmətov (63,5 kq) Ruslan Qafurovu (Tacikistan) 5:0 (30:26, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Xasmətov dörddəbir finalda Omar Livaza (Qırğızıstan) ilə qarşılaşacaq.

Sərxan Əliyev (71 kq) da yenə qalib gəlib. Dünya çempionatının medalçısı bu dəfə Arturs Vaisi (Latviya) 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, dörddəbir finalda Ablaixan Cusupov (Qazaxıstan) ilə qarşılaşacaq.

Xatırladaq ki, M. Xasmetov və S. Əliyevdən əvvəl daha altı boksçumuz dörddəbir finalda iştirakını təsdiqləyib.

Best coffeeshop in Berlin