Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın və kişi voleybol millilərimiz Avropa liqasında oynayacaqlar 

Avropa Voleybol Konfederasiyası (CEV) kişi və qadın voleybolçulardan ibarət milli komandaların 2018-ci ildən etibarən  hər il çıxış etdiyi "Qızıl Avropa Liqası" və "Gümüş Avropa Liqası" turnirinin formatında dəyişiklik edib. 2026-ci ildə həmin turnirlər sadəcə Avropa Liqası (CEV Volleyball European Leaque - 2026) adı ilə keçiriləcək. Bu turnir həm Avro-2028-ə seçmə, həm də reytinq xarakterli olacaq. Yarış iştirakçıları mövcud reytinq cədvəli üzrə müəyyənləşəcək. Qadınların yarışında 24, kişilərin analoji yarışında isə 27 komanda mübarizə aparacaq. Artıq Azərbaycanin hər iki komandasının bu yarışlardaki rəqibləri də bəllidir. Qeyd edək ki, reytinq cədvəlində 27-ci pillədə yer alan qadın millimiz qrup mərhələsində İsveç, Estoniya, Şimali Makedoniya, İspaniya, İsrail və İsveçrə yığması ilə qarşılaşacaq. 

Reytinqdə 38-ci yeri tutan kişi millimiz isə qrupda Yunanıstan, İsveç, Rumıniya, İspaniya, Portuqaliya və Macaristanla mübarizə aparacaq. Oyunlar üç turda davam edəcək. Qadın millimizin ilk turu 5-7 iyun 2026-ci ildə Azərbaycanda, ikinci tur 12-14 iyun 2026-ci ildə İspaniyada, üçüncü tur isə 19-21 iyun 2026-ci ildə İsraildə olacaq. Kişi millimizin turları isə eyni  günlərdə müvafiq olaraq, İsveçdə, Rumıniyada və Azərbaycanda keçiriləcək.

Reqlamentə gorə, turnirdə ilk 6 yeri tutan komandalar yarımfinalda və finalda oynayacaqlar. Sonda ən yaxşı 4 komanda isə Avro-2028-ə vəsiqə qazanacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin