17 yaşlı cüdoçuların ölkə birinciliyi keçiriləcək
18-21 dekabr günlərində "Abşeron" Olimpiya İdman Kompleksində 17 yaşlı (U-17) cüdoçular arasında ölkə birinciliyi keçiriləcək. ACF-dən verilən məlumata görə, 4 gün davam edəcək turnirdə 88 idman klubunu təmsil edən 495 (350 oqlan və 145 qız) cüdoçu 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq. Yarışın reqlamentə görə, ilk 3 gündə fərdi, son dördüncü gündə isə komanda yarışı keçiriləcək. Yarış hər gün saat 11:00-da başlanacaq. Yarışın gedişatı ACF-nin YouTube kanalında canlı yayımlanacaq.
İNTİQAM Məmmədov


