Azərbaycan 14 yaşadək cüdoçular arasında Milli Çempionata ev sahibliyi edəcək
Dekabrın 25-dən 28-dək Azərbaycan 14 yaşa qədər idmançılar arasında Cüdo üzrə Milli Çempionata ev sahibliyi edəcək.
Yarış Abşeron Olimpiya Kompleksində keçiriləcək. Turnirdə ölkə üzrə 98 klub və idman cəmiyyətindən 423 cüdoçu - 321 oğlan və 102 qız - 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Fərdi yarışlar 25-27 dekabr tarixlərində, komanda turniri isə 28 dekabrda keçiriləcək.
Yarışlar hər gün saat 11:00-da başlayacaq.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



