Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yeniyetmə cüdoçuların fərdi yarışları başa çatıb 

Dekabrın 25-də Xırdalandakı "Abşeron" OİK-də 14 yaşlı (U-14) yeniyetmə cüdoçular arasında startı verilən seçmə xarakterli Azərbaycan birinciliyində bu gün (27 dekabr) daha 6 çəki dərəcəsində qaliblər müəyyənləşib və bununla da fərdi yarışlara yekun vurulub. Fərdi yarışlarin son günündə qızlar 44, 57 və +70, oğlanlar isə 46, 60 və +73 kq çəki dərəcəsində tatamiyə çıxıblar. Qızlar arasında birinci yeri 44 kq-da  Ayla Məmmədli (AHİTA), 57 kq-da Arzu İmanzadə (RKİM) və +70 kq çəkidə isə Əsnad İlyasova ("Lokomotiv" İK) tutub. Oqlanlarin yarışına gəlincə, qalib adını Məhəmməd Səfərov (46 kq, Bakı şəhəri, 13 nömrəli İOEUGİM PHŞ), Kənan İsmayılov (60 kq, Sumqayıt 1 nömrəli İOEUGİM) və Baxış Əhmədov (+73 kq, Bakı şəhəri, 13 nömrəli İOEUGİM PHŞ) bütün görüşlərini qələbə ilə başa vuraraq, Azərbaycan çempionu olub. 

Reqlamentə görə, hər çəkidə ilk 3 yeri tutan cüdoçu müvafiq yaş qrupu üzrə millinin heyətinə cəlb edilib. 

Qeyd edək ki, birinciliyə dekabrın 18-də keçiriləcək komanda yarışları ilə yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin