Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Voleybolçular yeni ildə mübarizəni davam etdirəcəklər

İki həftəlik fasilədən sonra kişi və qadın voleybol klublarının çıxış etdiyi Azərbaycan çempionatının Yüksək Liqasında mübarizə davam edəcək.

AVF-dən verilən məlumata görə, ilk olaraq qadınlar meydana çıxacaqlar. Yanvarın 6-da 8-ci tur çərçivəsində iki oyun keçiriləcək. Həmin oyunlar FHN-in Sağlamlıq İdman Kompleksində baş tutacaq. Saat 16:00-da "Neftçi" - "Gənclər" oyunu, 18:00-da isə "ORDU" - "Murov Az Terminal" matçı olacaq.

Həmin gün "Murov Az Terminal"in idman zalında isə 6-ci turdan təxirə salınan "Murov Az Terminal" - "Abşeron" (saat 17:00) oyunu keçirəcək.

Yanvarın 8-də isə qadınların 8-ci turu çərçivəsində "Turan" - "AZERRAİL" (Tovuz Oİk, saat 14:00) və "DH Volleybal" - "UNEC" (AVF idman zalı, saat 18:00) matçı baş tutacaq.

Ertəsi gün kişilərin çempionatında ikinci turdan təxirə salınan "AZERRAİL" - "Gənclər"  (FHN idman zalı, 16:00) oyunu keçiriləcək.

Elə həmin gün, kişilər arasında 8-ci tura Gəncə OİK-də (saat 15:00) yerli "Gəncə" ilə "Milli Aviasiya Akademiyası" qarşılaşmasıyla start veriləcək. 

Hazırda həm qadınların, həm də kişilərin yarış cədvəlində vəziyyət aşağıdakı kimidir:

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin