Azərbaycan cüdo komandası Avstriyada Olimpiya təlim-məşq toplanışı keçirir
Azərbaycan kişi və qadın cüdo komandaları Avstriyanın Mittersill şəhərində keçirilən Olimpiya təlim-məşq toplanışındadır.
İdmançıların məşqlərinə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, kişi və qadın komandalarının baş məşqçiləri Riçard Trautmann və Amina Abdellatif nəzarət edir. Ən böyük və ən nüfuzlu cüdo təlim-məşq toplanışında 50 ölkədən 900-dən çox idmançı iştirak edir.
Təlim-məşq toplanışı 14 yanvarda başa çatacaq.


