"Naxçıvan" BK "Sumqayıt" klubunu məğlub edib
Dünən kişi basketbol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasında (ABL) 12-ci tur çərçivəsində daha bir oyun keçirilib. "Sərhədçi" İdman Kompleksində baş tutan bu görüşdə "Naxçıvan" BK ilə "Sumqayıt" klubu qarşılaşıb. Görüş Naxçıvan təmsilçisinin 17 xal fərqli qələbəsi ilə yekunlaşıb - 97:80 (25:15, 27:25, 26:16, 19:24).
Bundan əvvəl keçirilən oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
"Sərhədçi" - "Lənkəran" - 69:72;
"Quba" - "ORDU" - 111:116.
Bu gün isə həmin məkanda hesabat turu çərçivəsində "Neftçi" ilə Şəkinin eyniadlı komandası qarşılaşacaq (saat 17:00).
İNTİQAM Məmmədov


