Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İranda keçirilən etiraz aksiyaları gənc futbolçunun həyatına son qoyub

İranın "Saipa" klubunun 17 yaşlı gənc futbolçusu Rebin Moradi ölkədə keçirilən etiraz aksiyaları zamanı güllələnib.

Bu barədə insan haqları üzrə qeyri-hökumət təşkilatı "Hengaw"un saytında məlumat verilib.

Qeyd olunur ki, Moradi Tehranda öldürülüb.

Gənc futbolçu Tehran Gənclər Liqasında "Saipa"da oynayıb.

İranda etirazlar dekabrın 28-dən bəri davam edir və ölkənin iqtisadi vəziyyətindən narazılıq yaranıb. Hazırda ölkə daxilində internet və mobil telefon xidməti dayandırıldığı üçün etirazlar zamanı yaralanan və ya ölənlərin dəqiq sayını müəyyən etmək çətindir.

Best coffeeshop in Berlin