Ölkə Kubokunun 1/8 oyunları keçirilib
13-14 yanvar günlərində kişi basketol klubları arasında Azərbaycan Kubokunun (2026) 1/8 final mərhələsinin oyunları keçirilib və 1/4 finalçılar müəyyənləşib. Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, 1/8 finalda keçirilən oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
"Neftçi" - "Lənkəran" - 86:54;
"Quba" - "Naxçıvan" - 105:98;
"Şəki" - "Sərhədçi" - 92:75;
"Sumqayıt" - "NTD Bakı" - 126:94.
Qeyd edək ki, turnirin 1/4 final mərhələsinin oyunları 18-22 fevral aralığında baş tutacaq.
Həmin mərhələdə aşağıdakı cütlər qarşılaşacaqlar:
"Sabah" - "Quba";
"Abşeron Lions" - "Şəki";
"ORDU" - "Sumqayıt";
"Gəncə" - "Neftçi".
Oyunlar Bakı İdman Sarayında keçiriləcək.
İNTİQAM Məmmədov


