Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda "Qar dənəsinin sirri" adlı rəsm sərgisi açıldı +FOTO=32

Paytaxtın mədəni həyatında rəngarəng bir hadisə baş tutub. Xətai Sənət Mərkəzində uşaq və gənclərin yaradıcılığını dəstəkləyən "Qar dənəsinin sirri" adlı rəsm sərgisinin təntənəli açılış mərasimi keçirilib.
​Sərgi "XƏMSƏ ART GROUP"un təşkilatçılığı, "IWS SUMQAYIT KIDS ART CENTER" və "ERUDİT RF TƏDRİS VƏ İNKİŞAF MƏRKƏZİ"nin birgə dəstəyi ilə ərsəyə gəlib. Tədbirin əsas məqsədi istedadlı uşaqların qış mövzusunda olan yaradıcılıq nümunələrini geniş ictimaiyyətə təqdim etmək və onlarda incəsənətə olan marağı stimullaşdırmaqdır.
​Sərgidə nümayiş olunan əsərlərdə qış fəslinin gözəlliyi, qar dənəciklərinin füsunkarlığı və uşaqların xəyal dünyasındakı "qış nağılı" əks olunub. Gənc fırça ustaları rənglərin dili ilə qışın sehri və sirrini tamaşaçılara çatdırıblar.
​Sərgi uşaqların yaradıcılıq potensialını üzə çıxarmaqla yanaşı, onlara peşəkar sənət mühitində öz əsərlərini nümayiş etdirmək imkanı yaradıb.
Açılışda musiqi performansları ilə balaca rəssam Kamal Əlı, Açar müsabiqəsinin qalibi,uşaq filmlərinin baş qəhrəmanı, Fidan Hacıyeva adına musiqi məktəbinin şagirdi müğənni aktrisa Aylin Tahir və Ümid 2025 müsabiqəsinin Laureatı Azərbaycan Ulduzu müsabiqəsinin qalibi  Osmanlı Cingizxan çıxış etdilər.

Sərgiyə qatılanlar :
"Əli art studio "nun Direktoru və rəssam müəllimi Təhminə Əli və rəssam müəlliməsi Vüsalə Mahmudova, Xəzər Universiteti Bakı Dünya məktəbinin və Süleyman Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin rəssam pedaqoqu Ş.Aybəniz, rəssam pedaqoq Günel Zamanova, Zeynəb art studionun rəhbəri  rəssam pedaqoq Zeynəb Həşimzadə, "Elmland" tədris mərkəzinin rəssam pedaqoqu Cəbrayılova Lalə, Fikrət Əmirov adına 6 nömrəli 11 illik İncəsənət məktəbi"nin rəssam pedaqoqu Aydan Niftiyeva, 295 Saylı məktəbin rəssam pedaqoqu Aynur Qədirova, Məmmədova Əzizə, Novxanı kəndi Mehdi Hüseynzadə adına məktəbdən, NURANƏ_ART STUDİOnun rəssam müəllimi Hüseynova Nuranə, EDUGrata Təhsil Mərkəzi rəssam müəllimi Əliyeva Fatimə,Qurban Heydərov adına ümumi orta məktəbi Fənn müəllimi ,rəhbər rəssam Sevinc Ağayeva, "Art Legend" rəsm kursu Xudiyeva Əfsanə, NİGAR ART STUDİO ŞƏRQİYƏ ABIŞOVA, 3 nömrəli tam orta məktəb rəssam müəllimi Vahabova Dürrə, Azad tədris mərkəzinin rəssam pedaqoqu Rəssamlar İttifaqının üzvü Fidan Abidova, Kəlpiyeva Yaqut Zəncir tədris mərkəzinin rəssam müəllimi, "Enef art scholl"un rəssam pedaqoqu Fidan Rzazadə.

Best coffeeshop in Berlin