Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Oyunların hamısı qonaqların qələbəsi ilə bitib

Kişi və qadın voleybol klublarının çıxış etdiyi Azərbaycan çempionatının Yüksək Liqasında üç oyun keçirilib. Oyunlardan ikisi qadınlar, biri isə kişilər arasında baş tutub. Qeyd edək ki, hər üç oyunda qələbə sevincini qonaqlar yaşayıb. Oyunlardan ikisi 8-ci turdan təxirə salınan, biri isə 9-cu tur çərçivəsində keçirib. 

Təxirə salınan oyunlardan birində "Gənclər"  qadın voleybol klubu ACF-nin idman zalında "Abşeron"la qarşılaşıb. Görüş qonaq komandanın quru hesablı qələbəsi ilə bitib -  0:3(17:25, 16:25, 13:25).

Təxirə salınan daha bir oyunda isə "AZERRAİL" kişi voleybol klubu "Xilasedici"ni qəbul edib. Bu oyunda da qonaq komanda qalib gəlib - 0:3 (27:29, 22:25, 22:25).

9-cu tur çərçivəsində isə "Milli Aviasiya Akademiyası" qadın voleybol klubu öz meydanında çempionatın debitanti olan "DH Volley" klubu ilə bacarmayıb - 0:3 (23:25, 17:25, 21:25).   

Yanvarın 21-də kişilər, 22-də qadınlar arasında 10-cu tura start veriləcək. Turun ilk oyun günü kişilərdən ibarət "ORDU"  klubu "Gənclər"lə (saat 16:00), "Murov Az Terminal" isə "Xilasedici"  (18:00) ilə üzləşəcək. Hər iki oyun FHN-in Sağlamlıq İdman Kompleksində baş tutacaq.

Həm kişilərin, həm də qadınların yarışında komandalarin hazırkı turnir cədvəlindəki vəziyyətləri aşağıdakı kimidir:

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin