Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Rənglərin Axını” – IWS Global Network-in 14-cü ildönümünə həsr olunmuş beynəlxalq akvarel sərgisi keçirildi +FOTO=22

23 yanvar 2026-cı il tarixində IWS Global Network-in 14-cü ildönümü münasibətilə beynəlxalq cəmiyyətin bu əlamətdar günü Azərbaycanın ev sahibliyi ilə qeyd olunmuşdur. Bu əlamətdar tarix çərçivəsində
"Rənglərin Axını” – IWS Global Network-in 14-cü ildönümünə həsr olunmuş beynəlxalq akvarel sərgisi keçirildi.

IWS Global Network – Beynəlxalq Akvarel Cəmiyyəti bu gün dünyanın 120-dən artıq ölkəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq sənət platformasıdır. IWS-ın Azərbaycan nümayəndəliyi və ölkə üzrə fəaliyyət göstərən müxtəlif bölmələri də bu qlobal şəbəkənin fəal üzvləri kimi beynəlxalq və yerli layihələr həyata keçirməkdədir.
Sərgidə Azərbaycanın beynəlxalq akvarel rəssamlarından ibarət 86 nəfər rəssamın əsərləri nümayiş etdirilmiş, sərgi sənətsevərlər tərəfindən böyük maraqla qarşılanmışdır. Tədbir çərçivəsində hörmətli jüri heyəti tərəfindən seçilmiş 4 ən yaxşı əsər və müəllifi xüsusi olaraq qiymətləndirilmiş və qaliblər müxtəlif hədiyyələrlə, o cümlədən Ecaz  mağazalar şəbəkəsi və ROSA brendi tərəfindən ayrılmış hədiyyələrlə təltif olunmuşdur.

Seçilmiş və iştirak etmiş bütün rəssamlarımızı ürəkdən təbrik edir, onların yaradıcılıq yolunda gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Tədbirin təşkilati dəstəyinə görə Xətai Sənət Mərkəzinə və mərkəzin direktoru hörmətli Zahid müəllimə dərin təşəkkürümüzü bildiririk.

Eyni zamanda layihənin həyata keçirilməsində göstərdikləri dəstəyə görə:
    •    IWS Art for Healing – “Şəfa üçün sənət” təşkilatının sədri Elminaz Qəhrəmanova,
    •    Rahim İbrahimov,
    •    IWS Sumqayıt Art Center-in rəhbəri İntiqam Cəfərov,
    •    IWS Azərbaycan rəhbəri Sabina İskəndər,
    •    eləcə də təşkilati dəstəyə görə Məlahət Kərimova və Aynurə (Aygülə) Mahmudluya dərin minnətdarlığımızı bildiririk.

Fotolar: Mahir Əhmədov

* bu reportajda olan fotoları sifariş ermək üçün 
+99450 554 34 23 mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz
** eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında
REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrələr ilə əlaqə saxlaya bilərsiniz:
+99451 520 30 20
+99450 331 11 11
+99450 554 34 23

Best coffeeshop in Berlin