Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qulaqcığı həblə səhv salaraq uddu

Rusiyanın Ufa şəhərində qadın səhvən qulaqcığını dərmanla qarışdıraraq udub

Bu barədə Shot" "Telegram" kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, qadının udduğu simsiz qulaqcıq bir gün onun mədəsində qalıb.

Psixoloq peşəsi üzrə çalışan Maria qulaqcığını cibinə qoyub, orada həmçinin bir neçə dərman da olub. Dərmanı qəbul edərkən isə o, diqqətsizlikdən qulaqcığını da udub.

Qadın əvvəlcə narahatlıq hiss etsə də, ciddi bir problem olmadığını düşünərək, bunu böyük və çətin udulan dərman zənn edib. Lakin cibindən qulaqcıqları çıxarmaq istəyəndə birinin olmadığını görüb.

Maria xəstəxanaya müraciət edib və rentgen müayinəsi aparılıb. Müayinə qulaqcığın onun mədəsində olduğunu təsdiqləyib. Həkimlər dərhal çıxarmağa qərar verməyiblər, çünki bu, vəziyyəti daha da pisləşdirə bilərdi. Ona evə buraxılaraq, qulaqcığın təbii yolla çıxmasını gözləməsi tövsiyə olunub.

Maria isə sosial şəbəkədə ən çox verilən suallardan birinə belə cavab verib: “Bəli, əgər musiqi açsan, bağırsaqlar işləyəcək, amma səs çıxmayacaq”.

Hazırda Maria artıq “bədxərc” qulaqcıqdan qurtulub, qulaqcıq mədədən bağırsaqlara uzun yol qət edib.

Best coffeeshop in Berlin