Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Sumqayıt" "ORDU"nun qələbə seriyasını dayandırıb

22-25 yanvar günlərində kişi basketol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasında (ABL) sayca 14-cü turun oyunları keçirilib. Turun yadda qalan oyunlarında biri "B" qrupuna vahid liderlik edən "ORDU" ilə "Sumqayıt" arasında olub. Mövsümün əvvəlindən məğlubiyyətin acısını dadmayan "ORDU" nəhayət ki, 14-cu turda "Sumqayıt"a baş əyib və bununla da qələbələr seriyasını dayandırıb. Maraqlıdır ki, "ORDU" favoriti hesab olunduğu bu oyunda 4 xal fərqi ilə uduzub - 96:100. Lakin bu məğlubiyyətə baxmayaraq, klub yarış cədvəlində liderlik mövqeyini itirməyib (27 xalla). 

"B" qrupunda keçirilən digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

"Quba" - "Lənkəran" - 86:68;

"Sərhədçi" - "Naxçıvan" - 57:65.

 

"A" qrupunda isə aşağıdakı oyunlar keçirilib:

"Gəncə" - "Sabah" - 77:101;

"Şəki" - "NTD Baku" - 93:95;

"Neftçi" - "Abşeron Lions" - 96:107.

 

Hazırda "A" qrupuna 27 xalla "Abşeron Lions" liderlik edir. Ondan bir oyun az keçirən "Sabah" isə 25 xalla ikincidir.

"B" qrupunda isə lider "ORDU"nu 26 xalla "Naxçıvan" təqib edir.

ABL-da 15-ci tura yanvarın 29-da start veriləcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin