F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının kiçikyaşlı oxucuları böyük sevinclə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Göy qurşağı” jurnalının yeni nəşr olunan 3-cü nömrəsi ilə tanış oldular. Jurnalda kitabxananın Bakı Beynəlxalq Kitab Sərgisindəki stendindən maraqlı fotolar, yeni nəşr olunan kitabların anonsu, 21 sentyabr Beynəlxalq Sülh Günü və 28 oktyabr Beynəlxalq Animasiya Günü haqqında məlumatlar verilib.Burada Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin tarixi eksponatları və muzeyin filialları haqqında məlumatlar da var.
Jurnalda olan materiallar haqqında ətraflı məlumat aşağıdakı keçidlərdə yerləşdirilib:
https://drive.google.com/file/d/14KawTnAuRLDAQUG5HgNuBRjku2Eo8QqF/view


