Cüdoçularımız Belçikada tatamiyə çıxacaqlar
Yanvarın 31-dən fevralın 1-dək Belçikada kişilər və qadınlar arasında cüdo üzrə Beynəlxalq Açıq Turnir keçiriləcək. İki gün davam edəcək bu yarışda Azərbaycandan olan tatami ustaları da mübarizə aparacaqlar. ACF-dən verilən məlumata görə ölkəmiz sözügedən yarışda 31 (17 kişi və 14 qadın) cüdoçu ilə 14 çəki dərəcəsində təmsil olunacaq. Kişilərin yarisi Vise, qadınların yarışı isə Herstal şəhərində baş tutacaq.
Qeyd edək ki, kişilərdən ibarət millininin böyük məşqçisi Slavko Tekic və gənc oğlanlardan ibarət yığma komandanın baş məşqçisi Rüstəm Aliminin rəhbərlik etdiyi kişi komandanın heyətində tanınmışlardan Yaşar Nəcəfov (60 kq), Kənan Süleymanov (73 kq), Zelim Tckayev (90 kq) və Camal Feyziyev, qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdellaitf və gənc qızlardan ibarət yığma komandanın məşqçisi İmamverdi Məmmədovun rəhbərlik etdiyi qadın millimizin heyətində isə Leyla Əliyeva, Aydan Vəliyeva, Gültac Məmmədəliyeva, Könül Əliyeva (hamısı 52 kq), Fidan Əlizadə (63 kq) və Aytac Qardaşxanli yer alıb.
İNTİQAM Məmmədov


