Uşaqlar arasında Heydər Əliyev Kuboku keçirilib
Yanvarın 31-də "Şahdağ" Turizm Mərkəzində müxtəlif yaş kateqoriyaları (6-8, 9-12, 13-17) uşaqlar arasında həvəskar xizəkcilik üzrə Heydər Əliyev Kuboku keçirilib. Bir günlük yarışda 80-ə yaxın uşaq medallar uğrunda yarışaraq, öz bacarığını nümayiş etdirib.
6-8 yaş kateqoriyasında qızlardan Nurlana Abdulova, oqlanlardan isə Muron Anatşov birinci olub.
9-12 yaşlıların yarışında qızlardan Zarina Vəliyeva, Amina Əhmədova və Aylin Həsənzadə, oqlanlar arasında Mehdi Hektarı, Nadir Alışov və Səid Nazarov müvafiq olaraq ilk üç yeri tutub.
13-17 yaşlıların yarışına gəlincə, qızlardan Lyudmila Podqornaya, Suel Hacıbəyli və Mərhəm Vəzirova, oqlanlardan isə Amin Şıxov , Yusif Kicibekov və Nurəddin Nazurov müvafiq ardıcıllıqla ilk üç yerin sahibi olub.
Reqlamentə görə, qalıb və mükafatçılar "Şahdağ" Turizm Mərkəzi və sponsorlar tərəfindən kubok və medallarla təltif olunublar.
Fevralın 1-də isə eyni məkanda böyüklərin analoji yarışı keçiriləcək.
İNTİQAM Məmmədov


