Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın voleybolçuların 12-ci turu başlayıb

Fevralın 5-də qadın voleybol klublarının çıxış etdiyi Azərbaycan çempionatının Yüksək Liqasında sayca 12-ci tura start verilib. Turun ilk günü ikisi paytaxtda, biri regionda olmaqla üç oyun keçirilib. Paytaxtda baş tutan hər iki oyun AVF-nin idman zalında baş tutub. Əvvəlcə "AZERRAİL"lə "UNEC" qarşılaşıb. Görüş birincinin 3:1 (21:25, 25:17, 25:15, 25:19) hesablı qələbəsi ilə başa çatıb. Bunun ardından eyni məkanda "Abşeron"la "Milli Aviasiya Akademiyası" qarşılaşıb. Bu dəfə isə oyun ikincinin - 1:3 (15:25, 25:20, 15:25, 11:25) hesablı qələbəsi ilə yekunlaşıb.

Günün və turun daha bir oyunu Tovuzdakı OİK-də yerli "Turan"la "Gəncə" arasında keçirilib. Görüş meydan sahibinin qələbəsi ilə bitib - 3:1 (24:26, 25:23, 25:12, 25:23). 

Fevralın 6-da keçiriləcək "Murov Az Terminal" - "DH Volley" görüşü ilə hesabat turuna yekun vurulacaq.  

Oyun saat 15:00-da birincinin eyniadlı idman zalında keçiriləcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin