ABŞ İrana 20 milyard dollarlıq müqavilə təklif edir
ABŞ İranın uran ehtiyatlarından imtina etməsi müqabilində 20 milyard dollarlıq müqavilə bağlamağı düşünür.
AZpress.AZ xarici mediaya istinadən xəbər verir ki, iki tərəf müharibəyə son qoymaq üçün üç səhifəlik planı müzakirə edir. Müddəalardan biri Tehranın zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsi müqabilində dondurulmuş İran vəsaitlərinin 20 milyard dollarlıq hissəsinin azad edilməsidir.


