Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Xilasedici" Azərbaycan çempionudur 

Bu gün kişi voleybolçulardan ibarət klubların mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında baş tutan həlledici final və üçüncü yer uğrunda görüşlərlə 2025/2026-ci illər mövsümünə yekun vurulub. GİN-in idman zalında baş tutan final matçında "Xilasedici" ilə "ORDU", bürünc medal uğrunda isə "Neftçi" ilə "Murov Az Terminal" qarşılaşıb. İlk olaraq bürünc medalın taleyi həll edilib. "Murov Az Terminal"i bir şet belə vermədən və çətinlik çəkmədən quru hesabla məqlub edən "Neftçi" üçüncü yeri tutaraq, bürünc medala layiq görülüb -  3:0 (25:17, 25:17, 25:13).

Final oyunu isə daha gərgin keçib. İlk setdə "ORDU" qalib (24:26) gəlsə də, sonda qələbəyə sevinən "Xilasedici" olub - 3:1 (24:26, 25:16, 27:25, 25:21).

Beləliklə, "Xilasedici" Azərbaycan çempionu adını qazanıb. Çempionatda ikinci yeri finalda büdrəyən "ORDU", üçüncü yerisə "Neftçi" tutub. 

Oyunlardan sonra mükafatlandırma mərasimi keçirilib və komandalar layiq olduqları medallar və diplomlarla təltif olunublar.

Aprelin 19-da isə eyni məkanda qadın klubları arasında final və üçüncüluk uqrunda görüşlər keçiriləcək. Saat 13:00-da "Milli Aviasiya Akademiyası" ilə "Gəncə" klubu bürünc medal uğrunda qarşılaşacaq. Saat 16:00-da isə "Turan"la "DH Volley" final matçına çıxacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin