Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Faiq Hüseynzadə:

Mahmudavar kəndinin tarixi abidələri

18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. 
Bu münasibətlə öz doğma kəndimdə dövlət tərəfindən qeydə alınmış abidlərin siyahısını təqdim edirəm: 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təstiq edilmiş 2 və 3 nömrəli əlavəyə əsasən Masallı rayonu Mahmudavar kəndində qeydə alınmış abidələrin siyahısı:
Ölkə əhəmiyyətli arxoloji abidələr:
1. Nekropol - tunc dövrü
2. Mahmudavar yaşayış yeri - XII—XVII əsrlər
3. Tuk yeri yaşayış yeri - III—IX əsrlər
4. Pəqədim ocağı – orta əsrlər
Yerli əhəmiyyətli memarlıq abidələri:
1. Tırkə hi yeri - XI əsr
2. Baba Seyidağa türbəsi  - XVI əsr
3. Mahmud qalası - orta əsrlər
4. Məscid - XIX əsr
5. Hamam - XIX əsr
Yerli əhəmiyyətli arxeoloji abidələr:
1. Mahmudavar qəbiristanlığı - orta əsrlər
2. Zaqon kurqanı - orta əsrlər
3. Baba Seyidağa qəbiristanlığı - orta əsrlər
Bu siyahılara daxil olmayan abidələr.
Arxoloji abidələr: 
1. Səbzəpuş təpəsi, dəmir dövrü
2. Kofioron (kafirlər) qəbiristanlığı, IX əsr
Memarlıq abidələri:
1. Talışxanovların evi, XIX əsr.
2. Mahmudase istili, orta əsr
3. Lenəse istili, orta əsr
4. Kənd qəbiristanlığında qoç fiquru, orta əsrlər.
P.S. Abidələrin əksəriyyəti təəssüf ki, bu günə qədər gəlib çıxmayıb. Qorumamışıq və ya qoruya bilməmişik.. Kurqanlar dağıdılıb, qala dağıdılıb, su istilləri dağıdılıb, talışxanovların evi dağıdılıb, qoç fiqurları dağıdılıb, hamam dağıdılıb, məscidin divadları xaric, tarixiliyindən əsər qalmayıb, həmçinin Baba Seyidağa türbəsi və s. 
Çox təəssüf ki, özümüz öz tariximizə sahib çıxa bilməmişik…
(c) Faig Huseynzada

Best coffeeshop in Berlin