Fikrət Şiriyev:
Bu gün prof. Cəfər Cəfərovun doğum günüdür
Bu gün tanınmış tarixçi alim, elm və təhsil təşkilatçısı, BDU-nun Azərbaycan tarixi kafedrasının müəllimi(1987-2006), Tarix fakültəsinin dekan müavini (1992-1994), Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru (2016-cı ildən), Azərbaycan Turizm İnstitutunun (indiki ATMU) rektoru(2006–2016), tarix elmləri doktoru, “Şöhrət” ordenli professor Cəfər Cəfərov anadan olmuşdur.
Cəfər Məmməd oğlu Cəfərov 1960-cı il aprelin 21-də Naxçıvan şəhərində dünyaya gəlmişdir. 1977-ci ildə Bakı şəhəri 158 №-li orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olmuşdur. 1980–1983-cü illərdə universitetin göndərişi əsasında təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsində davam etdirmişdir. 1983-cü ildə MDU-nun Tarix fakültəsinin aspiranturasına daxil olmuş, 1987-ci ilin fevralında dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Moskvada Azərbaycanlı Tələbə və Aspirantlar Şurasının sədr müavini olmuşdur. 1987–1994-cü illərdə BDU-nun Tarix fakültəsində böyük laborant, Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1990–1994-cü illərdə BDU-da tarix üzrə doktorluq dissertasiyalarının müdafiəsi ilə bağlı İxtisaslaşmış Şuranın elmi katibi, 1992–1994-cü illərdə Tarix fakültəsinin dekan müavini olmuşdur.
1994–1998-ci illərdə yeni yaradılmış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifələrində işləmişdir. 2000–2001-ci illərdə Fulbrayt proqramının qalibi kimi ABŞ Dövlət Departamentinin təqaüdü ilə Nyu-York Universitetinin Dövlət İdarəçiliyi Məktəbində tədqiqatçı alim vəzifəsində çalışmışdır.
2001-ci ilin noyabr ayında keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İdarə Heyətinin üzvü seçilmiş, 2002-ci ildə Milli Məclisə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə təqdim olunan 3 namizəddən biri olmuşdur.
17 fevral 2010-cu ildə AMEA-nın A. A. Bakıxanov adına Tarix İnstitutunda tarix üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə etmişdir. 2013-cü ildən professordur.
2006–2014-cü illərdə Azərbaycan Turizm İnstitutunun, 2014–2016-cı illərdə onun bazasında yaradılan Azərbaycan Turizm və Menecment Universitetinin rektoru olmuşdur. 23 iyun 2016-cı il tarixli Sərəncamla Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsinə təyin olunmuşdur.
Hazırda ADPU-nun nəzdində fəaliyyət göstərən "Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi", "Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası" ixtisasları üzrə Dissertasiya Şurasının sədridir. Bir sıra elmi jurnalların baş redaktoru, nüfuzlu beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür. 36 xarici ölkədə keçirilən 110-dan çox beynəlxalq seminar, konfrans və simpoziumun iştirakçısı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)", "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" , "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)", "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalları ilə, həmçinin bir sıra beynəlxalq mükafatlarla, 2021-ci il 17 dekabr tarixində isə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Tanınmış alim, nüfuzlu ziyalı, bacarıqlı təşkilatçı, dürüst və səmimi insan olan professor Cəfər Cəfərovu ad günü münasibətilə təbrik edirik.
* * *
Cəfər müəllim indiki ATMU -nun rektoru olduğu dövrdə mənə də orada pedaqoq(hüququn sahələri üzrə) kimi çalışmaq nəsib olmuşdur.
Cəfər müəllim ziyalı və kübar alimdir.Özünə xas,məmnunluq bəxş edən idarəçilik bacarığı ,sadəliyi qədər də ciddiliyi var.Pedoqoji və tələbə kollektivi ilə
təmasda nəzakətlidir.Ən başlıcası vicdanı saf, obyektiv və əlləri təmizdir.
Cəfər müəllimi təbrik edir,ona idarəçilik və pedoqoji fəaliyyətində uğurlar arzulayıram.
Tanrı hifz etsin.
Təbrik edirəm, uzun ömür, möhkəm can sağlığı, tükənməz yaradıcılıq uğurları arzulayıram hörmətli Cəfər müəllimə. 2008-ci ildə AzTv kanalından dərsimin çəkilişindən sonra böyük fərəh hissi ilə məni təbrik etməniz, elə bil ki, dünən idi...Bu təbrik mənim üçün böyük fəxr, qürur olaraq ən şirin bir xatirədir.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.


