"Çelsi"yə Səudiyyə Ərəbistanı liqasından mütəxəssis rəhbərlik edə bilər
"Çelsi" Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun hazırkı baş məşqçisi Mattias Caysleni baş məşqçi vəzifəsində Liam Roseniorun yerinə təyin etməyi düşünür.
London klubu artıq 38 yaşlı mütəxəssisin mümkün təyinatı üçün hazırlıqlar görüb.
Caysle 2023-cü ilin yayından bəri "Əl-Əhli"yə rəhbərlik edir. Səudiyyə klubuna təyin olunmazdan əvvəl alman məşqçi "RB Salzburg" və "FK Liefering" komandalarını çalışdırıb. Hazırkı Səudiyyə Ərəbistanı liqa mövsümündə 28 oyundan sonra "Əl-Əhli"nin aktivində 66 xal var və hazırda üçüncü yerdədir. Onun müqaviləsi 2027-ci ilin yayına qədərdir.


