18 yaşlı Günay Qurbanova böyüklər arasında Avropa üçüncüsü olub
Albaniyanın paytaxtı Tiranada idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa çempionatı davam edir. Çempionatın 4-cu günü qadin yiqmamizin aktivinə ilk medal yazılıb. Söhbət 18 yaşlı güləşçimiz Günay Qurbanovadan (59 kq) gedir. Qeyd edək ki, böyüklər arasında debüt edən Günay debütünu bürünc medalla qeyd edib. Güləşcimiz bürünc medal uğrunda keçirdiyi görüşdə belaruslu Marta Netmanovaya qalib gəlib - 7:5.
Çempionatın 5-ci günü daha üç qadın güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq.
Yeri gəlmişkən, AÇ-nin 5-ci günü şərbət güləşçilər mübarizəyə qatılacaqlar.
İNTİQAM Məmmədov


