Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçuların "Böyük Dəbilqə"si başlayır 

Bu gün Tacikistanın paytaxtı Düşənbədə cüdoçuların reytinq xarakterli "Böyük Dəbilqə" turnirinə start veriləcək.

ACF-dən verilən məlumata görə, üç gün davam edəcək turnirdə Azərbaycan da daxil olmaqla, 34 ölkədən 240 tatami ustası medallar uğrunda yarışacaq. Ölkəmiz turnirə 4 çəkidə 6 cüdoçu ilə qatılıb. Bu 6-liqda Murad  Muradlı (60 kq), İslam Rəhimov, Nizamı İmranov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyeva (73 kq), Uşanqi Kokuari və Camal Qamzatxanov (hər ikisi +100 kq,) yer alıb. Turnirin ilk günü çəkisi 60 və 66 kq olan cüdoçular tatamiyə çıxacaqlar. Turnirin təsnifat görüşləri saat 11:00-da, final bloklari isə saat 16:00-da başlanacaq. Görüşlər "Judo TV" və "CBC Spirt"da canlı yayımlanacaq.

Reqlamentə görə, hər çəkidə ilk üç yeri tutan idmançılar müvafiq olaraq, 1000, 700 və 500 reytinq xalı qazanmış olacaqlar.

Yeri gəlmişkən, 2-3 May günlərində isə Gürcüstanın paytaxtı Tbilisidə, yeniyetmə və gənclər arasında Avropa Kuboku keçiriləcək. Yeniyetmələrin yarışında ölkəmizi 8 çəkidə 15, gənclər arasında isə 12 çəkidə 44 (32 oqlan və 12 qız) cüdoçu təmsil edəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin