Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

On vaqon gübrə Azərbaycandan Ermənistana keçib

Rusiyadan Ermənistana daha bir yük Azərbaycan ərazisindən tranzitlə daşınıb.

Bildirilib ki, Biləcəri stansiyasından Böyük Kəsikə ümumi çəkisi 678 ton olan 10 vaqon gübrə göndərilib.

Qeyd edilib ki, bu günə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzitlə 25 000 tondan çox taxıl, təxminən 2000 ton gübrə və 68 ton qarabaşaq yarması daşınıb.

Bundan əlavə, Azərbaycan Ermənistana neft məhsulları ixrac etməyə davam edir. Bu günə qədər Ermənistana 8500 tondan çox dizel yanacağı, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini çatdırılıb.

Best coffeeshop in Berlin