"Embawood" "Atilla"nı, "Sərhədçi" isə "Xəzər"i darmadağın edib
1-2 may günlərində Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasında sayca 6-ci olan növbəti turun oyunları keçirilib. Turda ən böyük hesablı nəticə "Embawood" - "Atilla" görüşündə qeydə alınıb. Matç birincinin darmadağın hesablı qələbəsi ilə yekunlaşıb - 7:0.
"Sərhədçi" - "Xəzər" qarşılaşması da böyük hesablı nəticə ilə yadda qalıb. Görüşdə "Sərhədçi" rəqibini sözün əsil mənasında darmadağın edib - 6:0.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Şamaxı" - "Omar" - 1:3;
"Polad" - "Buta Gölden" - 2:0;
"Elit" - "Zəfər" - 3:2.
PÇL-da sayca 7-ci olan növbəti turun oyunları 19-20 iyun günlərində keçiriləcək.
İNTİQAM Məmmədov


