Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Süleyman Hüseynov:
Əziz dostlar! -
5 may keçmiş mətbuat günüdür.

Bununla bağlı xatirələri yada salıram...
Mən məktəb illərimdən qəzetlə maraqlanmışam. Arada məqalə də yazmışam. Məktəbdən sonra Sumqayıt şəhərinə köçdüm, Azərbaycan neft və kimya institutunun axşam şöbəsinə qəbul oldum. Eyni zamanda Sumqayıt Superfosfat zavoduna  işə düzəldim. Arabir şeir və hekayə, məqalə yazır, " Sosialist Sumqayıtı" qəzeti  ilə əlaqə saxlayırdım.
1971-ci ildə superfosfat və kimya zavodları birləşdirilib, kimya kombinatı yaradıldı. O vaxt  kimya zavodunda  "Kimyaçı-Ximik" çoxtirajlı qəzeti buraxılırdı. Qəzet populyar idi. Lakin  qəzetin redaksiyasına getmirdim ki, birdən yazdıqlarım xoşa gəlməz. Fikrimi kombinat komsomol komitəsinin katibi, dostum Adil Babayevə deyəndə o, gülümsədi və ayağa durdu,  redaksiyaya getdik. Məni  qəzetin baş redaktoru Oqtay Gəfərova təqdim etdi və getdi.
Oqtay müəllimi ilk baxışdan Həzi Aslanova həsr etdiyim " Bakıda bir məzar var" şeirim cəlb etdi. Redaktor Mahirə Abdullayevanı dəvət etdi və tapşırdı sabahkı nömrədə bu şeiri yerləşdirsin.
Daha sonra ətraflı məlumat verdim ki, superfosfat istehsalatında usta işləyirəm. Eyni zamanda institutun 5-ci kursunda oxuyuram.
Ətraflı söhbətdən sonra Oqtay müəllim fikrini bildirdi:
- Sabahdan superfosfat istehsalatında yox, kombinatın idarəsində işləyəcəksən. Usta yox, təhlükəsizlik üzrə mühəndis işləyəcəksən. Həftədə bir gün  mətbəədə məni əvəz edəcəksən.
Bir neçə aydan sonra Oqtay müəllim Göyçay rayon qəzetinə təyin aldı. Bir necə dəfə mənə qəzetdə iş təklif etdi, lakin mənim imkan və gələcək planım ayrı idi.  Oqtay müəllimə həmişə dərin hörmətim olub. Allah rəhmət eləsin. Ruhu şad olsun!
Sonralar respublika, şəhər  qəzetlərilə əməkdaşlıq münasibəti olub və indi də var. Lakin əlaqələr ictimai davam edir. İndiyə kimi rəsmi Azərbaycan Jurnalistlər Birliyinin üzvü deyiləm və olmaq da fikrim yoxdu. Bir faktı deyim. Mənim 70 illik yubileyimdə Sumqayıt ŞİH-nin başçısı Zakir Fərəcov məndən soruşdu ki, sənin fəxri adın var? Dedim,  xeyr. Dedi sən əməkdar jurnalist fəxri adı alacaqsan. Dedim, Zakir müəllim, mən jurnalist deyiləm... 
Həm başqasının haqqına girmək düz deyil, həm də həqiqətən jurnalist deyiləm!
Ancaq təəssüf ki, çoxdan jurnalistikanın hörməti get-gedə ucuzlaşır. Orta məktəbi orta bitirən jurnalist vəsiqəsi gəzdirir.  "Qızıl Qələm" heç adi karandaşa dəymir! Bəziləri "baş tutmaq" kimi fraza yeri oldu, olmadı,  günü yola verir. Çox az jurnalist xarici dili bilsin, di gəl şantajda ustadır...
Nə isə...🤔

Best coffeeshop in Berlin