Kanoeçimiz Boqdan Kurudz AÇ-da ikinci qızıl medalını qazanıb
Portuqaliyanın Montemor- i - Velyu şəhərində Avarçəkmənin kayak və kanoe növü üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa çempionatı davam edir.
Qeyd edək ki, iki gün öncə "Masters" kateqoriyasında 1 nəfərlik kanoe qayıqla 500 metr məsafədə birinci yeri tutan Boqdan bu gün isə ikinci qızıl medalını boynundan asıb. Kanoeçimiz bu dəfə eyni qayıqla 200 metr məsafədə finişə birinci çatıb.
İNTİQAM Məmmədov


