Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub +FOTO=9

Bakı Dövlət Universitetində (BDU) Konfutsi İnstitutunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə tədbir keçirilib.

BDU rektoru Elçin Babayev bildirib ki, Konfutsi İnstitutu 2011-ci ilin aprel ayında xaricdə Çin dilinin tədrisi üzrə ixtisaslaşmış Hanban təşkilatının dəstəyi, Bakı Dövlət Universiteti və Anhui Universitetinin tərəfdaşlığı əsasında yaradılıb. Onun sözlərinə görə, institut ötən 15 il ərzində Azərbaycanda Çin dilinin təhsili və mədəni mübadilə sahəsində mühüm mərkəzə çevrilib: “Bu gün biz yalnız bir qurumun yubileyini deyil, həm də Azərbaycan və Çin arasında, eləcə də Bakı Dövlət Universiteti ilə Anhui Universiteti arasında dostluğun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın on beş illik uğurlu tarixini qeyd edirik.

Bu müddət ərzində minlərlə tələbə, tədqiqatçı və vətəndaş institutun fəaliyyətində iştirak edib. Bu fəaliyyətlərə Çin dili kursları, Çin dili bilik səviyyəsi imtahanı (HSK), hazırlıq proqramları, müəllim hazırlığı, danışıq klubları, mədəni tədbirlər və akademik mübadilə proqramları daxildir”.

Elçin Babayev vurğulayıb ki, Konfutsi İnstitutu bu gün Azərbaycan və Çin arasında mədəni körpü rolunu oynayır. İnstitut Azərbaycan gənclərinin Çin dili, tarixi və mədəniyyəti ilə yaxından tanış olmasına şərait yaratmaqla yanaşı, Azərbaycan mədəniyyətinin Çində tanıdılmasına da töhfə verir.

Rektor çıxışında Azərbaycan və Çin liderləri arasında keçirilən yüksək səviyyəli görüşlərin iki ölkə arasındakı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyini, təhsil, elm və innovasiya sahələrində əməkdaşlıq üçün yeni imkanlar açdığını vurğulayıb. O, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinə göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü ifadə edib, Çin diplomatları və akademik dairələrin nümayəndələri ilə keçirilən görüşlərin əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini qeyd edib.

Elçin Babayev həmçinin Bakı Dövlət Universiteti ilə Anhui Universiteti arasında əlaqələrin tələbə və müəllim mübadiləsi, birgə təhsil proqramları, elmi tədqiqatlar və ikili diplom layihələrini əhatə edən genişmiqyaslı akademik tərəfdaşlığa çevrildiyini bildirib. O qeyd edib ki, Anhui Universiteti BDU-nun Çində ən mühüm tərəfdaşlarından biridir. Rektor Anhui Universitetinə səfərini də xatırladaraq, nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyin və səmimi münasibətin qarşılıqlı etimadın daha da güclənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Çıxışda bildirilib ki, hazırda Azərbaycan-Çin münasibətləri təhsil, elm, texnologiya və mədəni mübadilə sahələrində dinamik inkişaf edir. Universitetlərin bu prosesdə mühüm rol oynadığı qeyd olunub və BDU-nun bu əməkdaşlığın fəal iştirakçısı olduğu vurğulanıb. Rektor Konfutsi İnstitutunun təşkil etdiyi “Çin dili körpüsü” müsabiqəsi, Beynəlxalq Çin Dili Günü və digər layihələrin Azərbaycan gənclərinin Çin dili və mədəniyyətinə artan marağının göstəricisi olduğunu diqqətə çatdırıb.

Gələcək perspektivlərdən danışan Elçin Babayev süni intellekt, bərpa olunan enerji, ətraf mühit tədqiqatları, rəqəmsal texnologiyalar, birgə elmi layihələr və akademik mobillik istiqamətlərində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirib: “Əminəm ki, qarşıdakı on beş il daha böyük uğurlar və yeni nailiyyətlərlə yadda qalacaq. Konfutsi İnstitutu bundan sonra da dialoqun, qarşılıqlı anlaşmanın və akademik mükəmməlliyin təşviqinə xidmət edəcək”.

Çinin Azərbaycandakı səfirliyinin müşaviri Din Tao BDU-nun nəzdində Konfutsi İnstitutunun uzun illər Çin-Azərbaycan dostluğuna, Azərbaycanda Çin dili təhsilinə verdiyi töhfəni yüksək qiymətləndirib. O qeyd edib ki, Çin dili dünyanın ən çox istifadə olunan dillərindən biridir və 5000 illik Çin sivilizasiyasının müdrikliyini özündə əks etdirir: “On beş il əvvəl Çin və Azərbaycan universitetləri əl-ələ verərək, Azərbaycanda ilk Konfutsi İnstitutunu yaratdılar və beləliklə, iki ölkə arasında Çin dili təhsili və mədəni mübadilə üçün yeni bir platforma quruldu. Çin-Azərbaycan münasibətlərinin inkişafı və iki ölkə arasındakı əlaqələrin genişlənməsi ilə yanaşı, Azərbaycanda Çin və Çin dilinə maraq get-gedə artır. BDU-nun nəzdində Konfutsi İnstitutu hər zaman Çin dilinin tədrisinə və Çin mədəniyyətinin təbliğinə səy göstərib. İnstitut yüksək səviyyədə Çin dili mütəxəssisləri yetişdirib, Çin-Azərbaycan xalqları arasında qarşılıqlı anlaşmanı və yaxınlaşmanı təşviq edib”.

Anhui Universitetinin vitse-prezidenti Huan Çısyan (Huang Zhixiang) BDU-nun nəzdində Konfutsi İnstitutunun 15 illik yubiley tədbirində iştirak etməyin şərəf olduğunu bildirib. O diqqətə çatdırıb ki, BDU-nun nəzdində Konfutsi İnstitutu Azərbaycanda ilk Konfutsi İnstitutu olmaqla yanaşı, iki universitetin səmimi əməkdaşlığının tarixi sübutuna çevrilib. 15 il ərzində BDU-nun nəzdində Konfutsi İnstitutu ardıcıl və uğurlu inkişaf yolu keçib. İndiyədək minlərlə Azərbaycan vətəndaşına Çin dili tədris edilib, 370-dən çox mədəni tədbir həyata keçirilib. Kadr hazırlığı sahəsində Konfutsi İnstitutu indiyədək Çinə təhsil üçün 300-dək təqaüdçü namizəd tövsiyə edib. Bu institutda yetişən onlarla istedadlı gənc daha böyük bir arenaya çıxaraq, Çin-Azərbaycan dostluğunun elçilərinə çevrilib”.
Sonra Çin Beynəlxalq Təhsil Fondunun Baş katibi Çao Linşanın videotəbriki dinlənilib.

Yubiley tədbiri Azərbaycan və Çin mədəniyyətlərini əks etdirən rəngarəng konsert proqramı ilə davam edib. Sonda iştirakçılarla xatirə şəkli çəkdirilib.

* * *

* * *

RU:

В БГУ отметили 15-летие Института Конфуция

В Бакинском государственном университете (БГУ) состоялось мероприятие, посвященное 15-летию Института Конфуция.

Ректор Эльчин Бабаев отметил, что Институт Конфуция был создан в апреле 2011 года при поддержке организации «Ханьбань» в партнерстве Бакинского государственного университета и Аньхойского университета. За прошедшие 15 лет институт стал важным центром изучения китайского языка и культурного обмена в Азербайджане: «Сегодня мы отмечаем не только годовщину учреждения, но и пятнадцатилетнюю историю дружбы, сотрудничества и взаимопонимания между Азербайджаном и Китаем, а также между Бакинским государственным университетом и Аньхойским университетом. За это время в деятельности института приняли участие тысячи студентов, исследователей и граждан. Эта деятельность включает в себя курсы китайского языка, экзамен на знание китайского языка, подготовительные программы, повышение квалификации преподавателей, клубы речи, культурные мероприятия и программы академического обмена».

Эльчин Бабаев подчеркнул, что сегодня Институт Конфуция играет роль культурного моста между Азербайджаном и Китаем. Институт, помимо создания условий для близкого знакомства азербайджанской молодежи с китайским языком, историей и культурой, также способствует популяризации азербайджанской культуры в Китае.

В своем выступлении ректор подчеркнул, что встречи лидеров Азербайджана и Китая подняли отношения между двумя странами на уровень стратегического партнерства и открыли новые возможности для сотрудничества в области образования, науки и инноваций.

Эльчин Бабаев выразил благодарность Посольству Китайской Народной Республики за поддержку, отметив, что встречи с китайскими дипломатами и представителями академических кругов способствуют укреплению интеграции. Ректор также отметил, что связи между Бакинским государственным университетом и Аньхойским университетом развились в партнерство, охватывающее обмен студентами и преподавателями, совместные образовательные программы, научные исследования и проекты двойных дипломов. Аньхойский университет является одним из важнейших партнеров БГУ в Китае. Вспоминая свой визит в Аньхойский университет, ректор подчеркнул, что высокое гостеприимство и искреннее отношение к делегации способствовали дальнейшему укреплению взаимного доверия.

В своем выступлении ректор подчеркнул динамичное развитие азербайджано-китайских отношений в сферах образования, науки, техники и культурного обмена. Было отмечено, что вузы играют важную роль в этом процессе, и подчеркнуто, что БГУ является активным участником этого сотрудничества. Ректор отметил, что конкурс «Мост китайского языка», проводимый Институтом Конфуция, Международный день китайского языка и другие проекты являются показателем растущего интереса азербайджанской молодежи к китайскому языку и культуре.

Говоря о перспективах на будущее, Эльчин Бабаев отметил большой потенциал для расширения интеграции в областях искусственного интеллекта, возобновляемой энергетики, экологических исследований, цифровых технологий, совместных научных проектов и академической мобильности: «Я уверен, что следующие пятнадцать лет запомнятся еще большими успехами и новыми достижениями. Институт Конфуция продолжит служить делу развития диалога, взаимопонимания и академического совершенства».

Советник посольства Китая Дин Тао высоко оценил вклад Института Конфуция при БГУ в китайско-азербайджанскую дружбу и преподавание китайского языка в Азербайджане. Он отметил, что китайский язык является одним из наиболее распространенных языков в мире и отражает мудрость 5000-летней китайской цивилизации: «Пятнадцать лет назад китайские и азербайджанские университеты объединили усилия для создания первого Института Конфуция в Азербайджане, заложив тем самым новую платформу для преподавания китайского языка и культурного обмена между двумя странами. Наряду с развитием китайско-азербайджанских отношений и расширением связей между двумя странами, в Азербайджане растет интерес к Китаю и китайскому языку. Институт Конфуция при БГУ сделал много для преподавания китайского языка и популяризации китайской культуры. Институт подготовил высококвалифицированных специалистов по китайскому языку и способствовал взаимопониманию и сближению китайского и азербайджанского народов».

Вице-президент Аньхойского университета Хуан Чысйан (Huang Zhixiang) заявил, что «Институт Конфуция при БГУ стал историческим свидетельством искреннего сотрудничества между двумя вузами. За последние 15 лет Институт Конфуция при БГУ прошел последовательный и успешный путь развития. На сегодняшний день тысячи граждан Азербайджана изучили китайский язык, проведено более 370 культурных мероприятий. В области подготовки кадров Институт Конфуция рекомендовал около 300 стипендиатов для обучения в Китае. Десятки талантливых молодых людей, подготовленных в этом институте, стали послами китайско-азербайджанской дружбы».

Затем прозвучало видеопоздравление от генерального секретаря Китайского международного образовательного фонда Чао Линшаня.

Юбилейное мероприятие продолжилось концертной программой. В завершение была сделана памятная фотография.

Best coffeeshop in Berlin